"Bir klip üzərində işləyirəm. İki aya hazır olacaq" - Domrul Zamanlı

"Bir klip üzərində işləyirəm. İki aya hazır olacaq" -

Kult.az son günlər “Cheap Vumens” (“Ucuz qadınlar”) repi ilə məşhurlaşan gənc repçi Dee Zeedlə - Domrul Zamanlı ilə müsahibəni təqdim edir:

- Domrul, neçənci sinifdə oxuyursan? Nə vaxtdan replə məşğulsan? Repə marağın necə yarandı?

- 8-ci sinifdəyəm. İki ildir ki, replə məşğulam. İlk repimi 2018-ci ildə yazmışam. Repə marağım uşaqlıqdan yaranıb. Küçədə, məhəllədə böyüklər dinləyəndə eşidirdim. Hələ onda 9-10 yaşım olardı. Sonra özüm qulaq asmağa başladım. Fikirləşdim ki, özüm də bunu bacararam. Bilirsiniz, rep küçə musiqisidir. Heç bir məktəbi yoxdur. Hip-hopun bir növüdür.

- Bəs “Dee Zeed”in anlamı nədir?

- Adım Domruldur, soyadım Zamanlı... “Di” və “Zed” də ad-soyadıma uyğunlaşdırılmış təxəllüsdür.

- Bir az da “Ulduzumsan.az”dakı repindən danışaq. Mövzusu nədir?

- “Ucuz qadınlar” repin trek növündədir. Burada əsasən musiqiyə üstünlük verilir. Sözlərə, onların mənasına fikir verilmir. Öz həyatından, yaşadıqlarından yazırsan. Bu treki də orada bəyənib, paylaşıblar.

- Bir az da gələcək planlarından danışaq... Peşəkar fəaliyyət, karyera haqqında düşünürsənmi?

- Əlbəttə. Gələcəkdə Azərbaycanda repin trap növünü inkişaf etdirmək istəyirəm. Bizdə repin bu növü o qədər də populyar deyil. Bunun də səbəbi var. Çünki bizdə treklərə çox da üstünlük verilmir. Əsasən Türkiyədə, Amerikada üstünlük verilir, yəni orada daha çox məşhurdur. Əsas məqsədim burada trekin inkişafıdır. Uğurlarımı isə zaman göstərəcək.

- İndiyə qədər hansı uğurların olub?


- Daha çox sosial şəbəkələrdə 5-10 min insanın baxdığı treklərim olub. Bunu uğur saymaq olar. Sadəcə olaraq həmin treklərin bir çoxu müəllif hüquqlarına görə silinib. Çünki istifadə etdiyim musiqilər şirkətə bağlı olub. Ona görə də siliblər.

- Təklif gəlsə, qruplarla işləyəcəksənmi?


- Əlbəttə, belə təklif gəlsə, sevə-sevə qoşularam.

- İndi üzərində işlədiyin hər hansı bir layihə varmı?

- Bəli, var. Bir klip üzərində işləyirəm. İki aya hazır olacaq.

- Domrul, millətçi bir ailədə dünyaya göz açmısınız. Atanız jurnalist Məhəmməd Ərsoydur. Gələcəkdə sizin ifanızda türkçülük ruhunda replər eşidəcəyikmi?

- Əlbəttə, olacaq. Bu istiqamətdə lahiyələrim olacaq.

- Ailədə kimlər dəstəkləyir səni?

- Bütün ailəm dəstəkləyir, sağ olsunlar. Hamısı arxamdadır.

- Bəs məktəbdə?

- Bizim məktəbdə musiqi dinləyən, repə üstünlük verən azdır. Amma məktəbdə tanınan, diqqət görən şagirdəm.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...