İyulda doğulan körpələrə ən çox hansı adlar qoyulub?

İyulda doğulan körpələrə ən çox hansı adlar qoyulub?

Bu ilin iyul ayında doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyul ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindan olanlara ən çox Yusif (209), Uğur (201), Əli (171), Hüseyn (162), Məhəmməd (129), Ömər (128), Murad (115), Raul (100), Ayxan (95) və Tunar (87) adları qoyulub.

Bildirilib ki, qız cinsindən olanlara isə Zəhra (224), Zeynəb (160), Aylin (151), Məryəm (140), Fatimə (137), Nuray (124), Nilay (121), Mələk (117), İnci (112 və Ayla (104) kimi adların verilməsi üstünlük təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...