Qəza enişi edən təyyarəni maşın vurdu - FOTOLAR

Qəza enişi edən təyyarəni maşın vurdu -


İzdihamlı yolda qəza enişi edən təyyarəni maşın vurub.

Hadisə ilə bağlı görüntüləri “Fox News” telekanalı yayımlayıb.

Məlumata görə, hadisə ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş verib.

79 yaşlı pilot Ceyms Sibelin sözlərinə görə, təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra mühərrik sönüb.

O, hava gəmisinin idarəetməsini itirib və təyyarə izdihamlı yola eniş edib. Həmin vaxt “Chevrolet Impala” markalı maşının sürücüsü gözlənilməz hadisəyə vaxtında reaksiya verə bilməyib və avtomobil laynerin qanadına çıxıb.

Qəza nəticəsində sürücü yüngül travmalarla xəstəxanaya yerləşdirilib.

Qəza enişi edən təyyarəni maşın vurdu -
Qəza enişi edən təyyarəni maşın vurdu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...