Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir

Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir


Abşeron rayonunun kənd və qəsəbələrində COVİD-19 vurusunun yayılmasının qarşını almaq məqsədi ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir.

Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.

Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə açıq hava məkanlarında iaşə müəssisələrin fəaliyyət gəstərməsinə icazə verilib. Bununla əlaqədar olaraq Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlar və sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır. Bu qəbilədən olan növbəti reydlər Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində həyata keçirilib.


Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...