Əfsanəvi idmançı koronavirusa yoluxdu

Əfsanəvi idmançı koronavirusa yoluxdu
Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...