Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi

Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
489 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...