İbrahimoviç koronavirusa yoluxdu

İbrahimoviç koronavirusa yoluxdu


İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, 39 yaşlı təcrübəli futbolçunun testi müsbət nəticələnib.

İsveçli forvard karantinə alınıb. Təcrübəli oyunçu bu gün Norveç "Bodo Qlimt"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşmasını buraxacaq. Xəbəri "Milan" klubu rəsmən təsdiqləyib.

Qeyd edək ki, "San Siro" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...