Azərbaycanlı rabitəçi Los-Anceles saytında Xocalı faciəsindən yazdı

Azərbaycanlı rabitəçi Los-Anceles saytında Xocalı faciəsindən yazdı

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los-Ancelesin http://www.jewishjournal.com/ saytında Xocalı soyqırımının şahidi, rabitəçi Dürdanə Ağayevanın "A story of survival and the healing power of familiarity" adlı məqaləsi dərc olunub.

Məqalədə azərbaycanlılara qarşı törədilən bəşəri cinayət və qətliamın təfərrüatlarına toxunulur, onun buraxdığı sağalmaz izlər, vurduğu psixoloji travmalardan söz açılır.


2015-ci ilin fevral ayına qədər Qərbə səfər etmədiyini deyən rabitəçi xanım Kaliforniyada olduğu ilk gündə qlobal sülh səyləri ilə məşğul olan yəhudi icması lideri, eləcə də psixoloji müharibə travmaları üzrə mütəxəssislə bir araya gəldiyini qeyd edir.

Erməni əsirliyində keçirdiyi sonsuz iztirablar üzündən uzun müddət özünü ətraf aləmdən izolyasiya etdiyini deyən müəllif öz şəxsi təcrübəsindəki faciələri qələmə almaqla, dünyada bu cür dəhşətləri yaşamış, amma utandığından başına gələnləri heç kəslə paylaşa bilməyib bu ağır yükün altında sıxılan qadınlara dəstək olduğunu da vurğulayır.

Məqalədə İlqar Cəfərovun çəkdiyi foto - Xocalı soyqırımında həlak olmuş cəsədləri daşıyan təcili yardım


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...