Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə yeni rəis təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Fidan Fərzəliyevaya həvalə edilib.

O, Bakıda Qərb Universitetində bakalavr, Xəzər Universitetində magistr, Böyük Britaniyanın Nottinqem Trent Universitetində isə "İnsan Resurlarının idarə edliməsi" ixtisası üzrə aspirantura təhsili alıb, İngiltərədəki İnsan Resurslarının İdarə Edilməsi Peşəkarları Assosiasiyasının (CIPD) üzvüdür.

F.Fərzəliyeva BP şirkətinin İnsanlar və mədəniyyət (keçmiş İnsan resursları) departamentinin direktoru olub, 18 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə işləyərkən həyata keçirdiyi uğurlu layihələrə və əldə etdiyi proqressiv nəticələrə görə, ötən ilin yanvar ayından BP-nin ümumdünya insan hüquqlarının müdafiəsi üzrə mütəxəssisi təyin olunub. O, bir sıra insan resurslarının tranformasiyası layihələrində iştirak və rəhbərlik edib.

Ailəlidir, üç övladı var.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...