Azərbaycanda universitet prorektoru vəfat edib

Azərbaycanda universitet prorektoru vəfat edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru, «Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili» kafedrasının müdiri, dosent Fərhad Cəfərov vəfat edib. Prorektorun həyat yoldaşı Aygün Vəkilova APA-ya bildirib ki, F. Cəfərov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün AzMİU-da keçiriləcək. F. Cəfərov Badamdar qəbiristanlığında dəfn olunacaq. Fərhad Mövsüm oğlu Cəfərov 1948-ci ildə Lənkəran şəhərində anadan olub. 1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunda, 1985-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi aspirantura şöbəsində təhsil alıb.

2004-cü ildə Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki seçilib. 50-dən çox dərc edilmiş əsərlərin, «Yollar kəsişmələrində mühəndisi qurğular», «Avtomobil yollarının istismarı» adında iki dərslik və «Nəqliyyatda ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkili» adında bir dərs vəsaitinin müəllifidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...