“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm” - Sevinc Qədirova danışdı

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm” -

Şantaj edildiyini, intihar həddində olduğunu bildirən Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Bu barədə “Qafqazinfo”ya S.Qədirova özü məlumat verib.

O bildirib ki, 7 il ərzində keçmiş iş yeri ilə bağlı təhdidlərə susmalı olub: “Qorxduğum və özümü tək hiss etdiyimə görə hədələrə görə susurdum. Həm də bir xanım olaraq çox çəkinirdim. Üzləşdiyim hədələr ailə məsələsi deyil, sırf keçmiş iş yerimlə bağlı olan məsələdir. Nəhayət, bununla bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdim. Hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar”.

Qeyd edək ki, Sevinc Qədirova üzləşdiyi təhdudlərin mahiyyəti və detalları barədə ətraflı məlumat vermək istəmədiyini deyib.

Xatırladaq ki, Sevinc Qədirova bir sıra qurumlarda çalışıb. O, 2019-cu ildə Voleybol Federasiyasındakı vəzifəyə təyin edilənədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...