“Yeni Müsavat” qəzetinin Baş redaktoru vəzifəsindən istefa verib

“Yeni Müsavat” qəzetinin Baş redaktoru vəzifəsindən istefa verib
“Yeni Müsavat” qəzetinin Baş redaktoru Azər Ayxan vəzifəsindən istefa verib.

Gundeminfo.az bildirir ki, o bu barədə Meta-da bəyan edib.

“”Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım. “Yeni Müsavat”ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.
Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər”-deyə A.Ayxan yazıb.

Azər Ayxan “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlunun qardaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...