Havanın 3-5 dərəcə temperaturu aşağı enəcək, yağış yağacaq

Havanın 3-5 dərəcə temperaturu aşağı enəcək, yağış yağacaq
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Gundeminfo.az-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.

Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...