"Ərzaqla təminat səviyyəsi orta hesabla 80 %-dən çoxdur" - Tahir Mirkişili

"Ərzaqla təminat səviyyəsi orta hesabla 80 %-dən çoxdur" -
Azərbaycanda ərzaq məhsulları ilə təminat səviyyəsi orta hesabla 80 %-dən çoxdur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Aqrar siyasət komitəsi ilə birgə keçirilən iclasda bildirib.

"Ərzaqlıq buğdanı nəzərə almasaq - onunla bağlı da artıq subsidiya sistemi işə düşüb - digər yeyinti məhsulları, xüsusən də minimum ərzaq səbətinə daxil olan məhsullar üzrə təminat 80 %-dən çoxdur ki, bu da bizim ərzaq təhlükəsizliyimizi təmin etməyimizə imkan verir", - deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...