“Hökumət Mərkəzi Banka kömək etsin” - Deputatdan təklif

“Hökumət Mərkəzi Banka kömək etsin” -


“Mərkəzi Bankla müəyyən məsləhətləşmələr aparmışıq. Təklif edirik ki, 10 min dollaradək kreditlər köhnə məzənnə ilə, yəni 1,05 manatla qaytarılsın”.

AzVision.az xəbər verir ki, bunu parlamentin son iclasında millət vəkili Vahid Əhmədov deyib. O, hökumətdən xahiş edib ki, Mərkəzi Banka kömək etsin:

“İkinci təklifim isə odur ki, əmanətlərin sığortalanması əhatəsi genişlənsin və əmanətlərin banklarda saxlanılmasında banklara yardım üçün qorunan əmanət məbləği 30 min manatdan 500 min manatadək artırılsın. Həmçinin korporativ idarəetmə yüksək olan banklarda bu limit aradan qaldırılsın. Digər təklifimiz isə banklar öz aralarında danışaraq iri maliyyə bankları yaratsın və beləliklə də faizlərin aşağı düşməsi mümkün olsun”.

V.Əhmədov qeyd edib ki, manatın devalvasiyasının yaratdığı problemlərin həlli üçün hökumət çevik işləməlidir və idxala ciddi nəzarət aparılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...