“Muğanbank”ın sabiq filial müdirinə cinayət işi açıldı

“Muğanbank”ın sabiq filial müdirinə cinayət işi açıldı

“Muğanbank” ASC-nin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.Araşdırma zamanı sabiq filial direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...