Hökumətin yanlış addımı: kartof və soğanın baha olmasının səbəbi bilindi
Paytaxtda əhali kartof və soğanın qiymətinin baha olmasından narazıdır.
Belə ki, hazırda bazarlarda kartofun 1 kiloqramı təxminən 1,50-2 manata, soğanın 1 kiloqramı isə 1,30-1,70 manata satılır.
Bəs, qiymətinin baha olması nə ilə əlaqədardır? Buna mövsümi amillərdən başqa hansı faktorlar təsir göstərir?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Bakupost.az -a açıqlama verib.
Onun sözlərinə görə, bazara yeni məhsullar çıxmadığına görə qiymətlər belə yüksəkdir. Yeni məhsullar bazara çıxarıldıqdan sonra qiymətlərin enəcəyinin şahidi olacağıq:
“Azərbaycanda kartof və soğan istehsalı daxili tələbatı ödəyir. Qiymət isə mövsümlə bağlıdır. Hələ payızda səpilən soğanlar sahələrdən yığılmayıb. Bazarlarda təzə soğan kimi satılan isə əslində toxumdan əkilmiş soğan deyil. Şitil edilmiş soğanlardır. Yaxud ötən ildən qalanları məhdud şəkildə bazara çıxarırlar. Yəqin ki, isti ərazilərdə 10 günə soğanın yığılmasına başlanacaq. Artıq cənub zonasında kartof yığılımına başlanıb. Bazara təzə kartof, soğan çıxanda təbii ki, qiymətlərdə də enmə olacaq”.
Ekspertin sözlərinə görə, bu məhsulların, xüsusilə soğanın kütləvi ixracı da onun qiymətinə təsir göstərir.
A.Nəsirli mövcud bahalığın qarşısını almaq üçün bəzi təkliflər də irəli sürüb:
“Bazarda qiymətləri tələb-təklif tənzimləyir. Hökumət bu məsələyə təsir edə bilər. Hər il dekabr-yanvar aylarında kütləvi şəkildə soğan ixrac edilir. Fevral-mart aylarında isə qiymətlər kəskin dərəcədə qalxır. Bu artıq 2-3 ildir davam edir. Bunun üçün hökumət hesablama aparıb ixraca kvota qoymalıdır. Müəyyənləşdirməlidir ki, bazarın tələbatı nə qədərdir. Ondan artıq ixraca icazə verilməməlidir. Əgər dekabr-yanvar aylarında soğanın ixracına məhddiyyət qoyulsaydı, bu qış soğan belə baha olmazdı. Amma kartof qonşu ölkələrdə də bu qiymətə satılır. Yerli istehsal da kifayət qədərdir. İxracatı da kütləvi şəkildə, soğanda olduğu kimi deyil”.
470 dəfə oxundu