Milli Şura üzvlərindən biabırçılıq: Qarabağı anklav adlandırdılar
Milli Şuranın üzvləri Gültəkin Hacıbəyli və Nurəddin Məmmədlinin Azərbaycanın Laçın dəhlizində - Ermənistan-Azərbaycan sərhədində Nəzarət Buraxılış Məntəqəsi qurmasına reaksiyaları tənqidlərə səbəb olub.
Hurriyyet.az bildirir ki, hər iki siyasətçi bilərəkdən və ya bilməyərəkdən Qarabağdakı separatçıların yaşadıqları ərazini anklav adlandırıblar. Bu, sosial şəbəkə istifadəçiləri tərəfindən həm tənqidlə qarşılanıb, həm də gülüş hədəfinə çevrilib.
Ona görə tənqid hədəfi olub ki, anklav termininin mahiyyətini bilə-bilə Qarabağı anklav adlandırmaq yumşaq ifadə etsək ermənilərin əlinə oynamaqdır. Çünki belə bir ifadəni dilə gətirmək Azərbaycanın BMT tərəfindən təsbit olunmuş bir ərazisini faktiki olaraq Ermənistan ərazisi olduğunu iddia etmək anlamına gəlir.
Gülüş hədəfi ona görə olub ki, uzun illərdir siyasətlə məşğul olan adamlar görünür “anklav” termininin nə olduğunu bilmirlər. Özü də bu ifadəni bir zamanlar Azərbaycanı AŞPA-da deputat kimi təmsil edən Gültəkin Hacıbəyli bilmirsə, bu biabırçılıqdır. Və təbii ki, bu yalnız gülüş doğura bilər.
Bəs anklav nədir?
Bir dövlətin ərazisinin başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir, lakin sahib olduğu dövlətə münasibətdə bu eksklav adlandırılır.
Gəlin bunu foto üzərində izah edək:
"C" "B"nin eksklavıdır və həmçinin "A" içərisində olan anklavdır. Əgər "C" müstəqil siyasi region olsaydı, anklav hesab edilərdi, ancaq eksklav olmazdı.
Anklav torpaq bir ölkənin başqa bir ölkə tərəfindən mühasirə edilmiş torpaq parçasıdır. Digər dövlət sərhədləri içərisində qalan bu torpaq parçası bir dövlətin torpağı ola biləcəyi kimi müstəqil dövlət də ola bilər.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Azərbaycanın eksklavıdır, həmçinin anklavdır. Qazax rayonunun Yuxarı Əskipara və Barxudarlı kəndi də Azərbaycanın eksklavıdır və anklavdır.
477 dəfə oxundu