Erməni generalın həbs səbəbi: Ordumuza müqavimət üçün…
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovun oğlu, general Qriqori Xaçaturovun həbsinin əsl səbəbi haqda iddia yayılıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat dərc edib.
Media 25 fevral 2021-ci ildə Nikol Paşinyanı istefaya çağıran zabitlər arasında yer alan, həmin vaxt Ermənistanın 3-cü Ordu Korpusunun komandiri olan Qriqori Xaçaturovun bir müddət əvvəl öz əli ilə yazdığı məktubu da dərc edib.
Məktubun mahiyyətindən aydın olur ki, Qriqori Xaçaturov Ermənistanın işğal siyasətini davam etdirmək üçün Ermənistan ordusunun ələ keçirdiyi ərazilərdən çıxmamasını təkid edib. Belə ki, o, Qarabağın işğal altında olduğu illərdə Ermənistanın sərhədlərimizə bəzi yerlərdə 10-15 km nüfuz etməsini “qanuni” sayıb və geri çəkilməyəcəyini bildirib. O, yazdığı məktubda qeyd edib ki, geri çəkilməklə bağlı hərbi rəhbərliyin qərarına tabe olmayacaq.
Bu məktubda ən maraqlı nüans isə Tavuşla bağlıdır. Q.Xaçaturov bildirir ki, Tavuş istiqamətində Azərbaycanın tələbləri (söhbət böyük ehtimalla Qazaxın 7 kəndindən gedir) ilə bağlı Ermənistan hakimiyyəti qərar verərsə, yerinə yetirməyəcək.
Q.Xaçaturov 2020-ci ilin dekabrında yazdığı bu məktubdan sonra Nikol Paşinyanın istefasını tələb edən zabitlərə qoşulmuşdu.
Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən qısa müddət sonra Yuri Xaçaturovla insident yaranmışdı. Hətta KTMT baş katibi haqda Ermənistanda həbs qətimkan tədbiri də seçilmişdi. Rusiyanın təkidi ilə Y.Xaçaturov həbsdən azad edilsə və ölkədən çıxsa da, Paşinyan onun KTMT-dəki baş katib mandatını geri aldı.
Bu baxımdan Paşinyanın istefasını tələb edən 41 yüksək çinli zabitin sırasında Qriqori Xaçaturovun olması təsadüf deyil. Xaçaturovlar Rusiyanın maraqlarının qatı təmsilçiləri sayılırlar və orduda da rusyönümlü qüvvələrin əsas dayaqlarından idilər.
Q.Xaçaturov 2020-ci ilin İyun savaşının birbaşa təşkilatçısı və icraçısı sayılır. Belə ki, Tovuza hücum əməliyyatına rəhbərlik edən şəxslərdən olub.
O, 2021-ci ildə, Paşinyanın istefasını tələb edəndən bir neçə ay sonra vəzifəsindən azad edildi və barəsində cinayət işi qaldırıldı. İki dəfə saxlanılsa da, istintaq müddətində azadlıqda qalmağı bacarmışdı. Bu ilin fevral ayında isə onun haqqında həbs qətimkan tədbiri seçilib.
438 dəfə oxundu