Eldar Mahmudovun övladlarını məhkəməyə verdilər

Eldar Mahmudovun övladlarını məhkəməyə verdilər
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və qızı Nərgiz Mahmudova barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası 05.05.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib.
Qeyd edilir ki, məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrlə əlaqədar qaldırıldığı bildirilir.
İddianı qaldıran şəxs isə Ağarəhimov İlqar Ağarəhimoviçdir.
Məlumat üçün bildirək ki, İlqar Ağarəhimov sabiq nazirin övladları haqqında daha əvvəl də iddia qaldırıb.
Xatırladaq ki, Eldar Mahmudovun oğlu və eyni zamanda da hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin kürəkəni olan Anar Mahmudov böyük biznes şəbəkəsinə rəhbərlik edib.
Londonda Anar Mahmudova məxsus bir neçə şirkət mövcud olub. Anar Mahmudovun eyni zamanda Azərbaycanda, Lüksemburqda, İspaniyada və Türkiyədə şirkətləri var. Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC və "Kristal İnşaat" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi olaraq qeyd olunub. Eyni zamanda Anar Mahmudovun “Caspian Crystal Holdinq”in İdarə heyətinin sədri olduğu göstərilib. Yuxarıda adları qeyd olunan “Kristal İnşaat” MMC, həmçinin “Crystal Med” MMC “Caspian Crystal Holdinq”lə eyni ünvanda yerləşib. Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədri olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.", "Macent Invest Group SL" və "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkət ("Utılıcom" və "Konoco .M") yaradıb.
Barəsində iddia qaldırılan Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızdır. Nərgiz Mahmudova mərhum prezident Heydər Əliyevin qardaşının nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...