Tərtərdə bayram konserti və möhtəşəm atəşfəşanlıq
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Tərtər şəhərində konsert proqramı təşkil edilib.
Ulu Öndərin adını daşıyan Mərkəzi Meydanda keçirilən konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət ustalarının və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin çıxışlarını dinləyiblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Sahib Alıyevin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşlarının, YAP rayon təşkilatının, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, gənclərin, şəhid ailələrinin, qazilərin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən konsertdə əsil bayram abu-havası yaşanıb.
Konsertin sonunda tərtərlilər gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.
446 dəfə oxundu