İki il əvvəl anasını itirən 3 yaşlı körpənin müalicəsi üçün 800 manat lazımdır - FOTO

İki il əvvəl anasını itirən 3 yaşlı körpənin müalicəsi üçün 800 manat lazımdır -
2020-ci il təvəllüdlü Kərimov Nihad Vüsal oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun analığı Tənzilə Bəhram qızı Şərifova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, 3 yaşlı övladlığı Nihad serebral iflic dən əziyyət çəkir:
“Nihad yeriyə və danışa bilmir. O, bir ay əvvəl oturduğu yerdə müvazinətini itirərək odun sobasının üzərinə düşüb. Ağır yanıq xəsarətləri alıb. Hadisədən sonra 2 dəfə Nihadı Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Amma hər dəfəsində imkanımız çatmadığı üçün müalicəni yarımçıq dayandırıb xəstəxanadan çıxmaq məcburiyyətində qaldıq. Biz Ucarda yaşayırıq. Nihad çox əziyyət çəkir. Danışa bilmir deyə ağrıdığını da deyə bilmir. Bütün günü ağlayır. Qeyd edim ki, iki il əvvəl anasını xərçəng xəstəliyindən itirib. Nihadın müalicəsinə maddi durumumuz imkan vermir. Bizə bu müalicə üçün 800 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: 055 365 92 28

İki il əvvəl anasını itirən 3 yaşlı körpənin müalicəsi üçün 800 manat lazımdır -
İki il əvvəl anasını itirən 3 yaşlı körpənin müalicəsi üçün 800 manat lazımdır -
İki il əvvəl anasını itirən 3 yaşlı körpənin müalicəsi üçün 800 manat lazımdır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...