Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb - Səhiyyə Nazirliyi

Naxçıvanda “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb -


Naxçıcan Muxtar Respublikasında “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev Trend-ə bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...