Prezident tapşırdı, nazirlik süni qiymət artımına qarşı tədbirlərə başladı

Prezident tapşırdı,


İqtisadiyyat və Sənaye Nazirliyi prezidenti İlham Əliyevin tapşırığına əsasən istehlak bazarında nəzarəti gücləndirib.Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib. A.Əliyevin sözlərinə görə, süni qiymət artımına yol verənlərə qarşı cəza tədbirləri müəyyənləşib: “İstehlak bazarında süni qiymət artımına yol verməmək üçün nazirlik, eləcə də Baş Prokurorluq tərəfindən tədbirlər planı hazırlanıb. Süni bahalaşma yaradanlara qarşı yalnız cərimələrin tətbiqi deyil, eləcə də digər ciddi inzibati tədbirlər nəzərdə tutulub. Yaxın saatlarda həyata keçiriləcək tədbirlərlə bağlı açıqlama veriləcək”.

A.Əliyev qeyd edib ki, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər planı hazırlanıb.

Süni qiymət artımı və malqıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında süni bahalaşmaya son qoyulması ilə bağlı tapşırıqlar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...