Növbəti görüşün oktyabrın 2-də Xankəndidə baş tutacağı bildirilir

Növbəti görüşün oktyabrın 2-də Xankəndidə baş tutacağı bildirilir
Xəbər verdiyimiz kimi, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Gundeminfo.az xəbər verir ki, Erməni KİV-də tərəflər arasında növbəti görüşün oktyabrın 2-də Xankəndidə baş tutacağı ilə bağlı məlumat yayılıb.

Qeyd edək ki, ötən gün keçirilən görüşdə təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfərinin nəzərdə tutulduğu bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...