“İnşaatçılar” stansiyasının giriş-çıxışlarından biri bağlanacaq

“İnşaatçılar” stansiyasının giriş-çıxışlarından biri bağlanacaq

“İnşaatçılar” stansiyasının giriş-çıxışlarından biri bağlanacaq


“İnşaatçılar” stansiyasının II vestibülü (“20 yanvar” stansiyası tərəf) 18.01.2016-cı il tarixi saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq.

Bakı Metropolitenindən virtualaz.org-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

“İnşaatçılar” stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğu üçün Sərəncama əsasən müvafiq qaydada dəyişdirilməlidir. Bunun üçün stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının II vestibülü (“20 yanvar” stansiyası tərəf) 18.01.2016-cı il tarixi saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. I vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, II-ci vestibül bağlı olsa da keçid piyadar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...