Azərbaycan İrana qarşı sanksiyaların ləğvini alqışlayıb

Azərbaycan İrana qarşı sanksiyaların ləğvini alqışlayıb


Azərbaycan Xarici İşlər Nazirliyi "altılıq" ölkələri ilə İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir. Bəyanatda deyilir ki, Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edir: “Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk”.

Xatırladaq ki, yanvarın 16-dan etibarən 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə başlanıb və ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...