Anasının döydüyü 16 yaşlı qız sosial reabilitasiya şöbəsinə yerləşdirildi

Anasının döydüyü 16 yaşlı qız sosial reabilitasiya şöbəsinə yerləşdirildi
Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.

Yenisabah.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyi bu məsələyə aydınlıq gətirib.

Sözügedən yeniyetmə agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib. Onunla bağlı ilkin qiymətləndirmə aparılır, zəruri ilkin tibbi yardım həyata keçirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.

Anasının döydüyü 16 yaşlı qız sosial reabilitasiya şöbəsinə yerləşdirildi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...