Badamdarda itləri yemləyən şəxs barəsində məhkəmə qərar verdi

Badamdarda itləri yemləyən şəxs barəsində məhkəmə qərar verdi
Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massiv adlanan ərazidə itləri yemləyən şəxs barəsində polisə şikayət edilib.

Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə anadan olmuş Nurlan Cavadov (soyad şərti) İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

İşdə zərərçəkmiş qismində Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə yaşayan İldırımov Fariz tanınıb.

Nurlan izahatında protokolla razı olmadığını və özünü təqsirli bilmədiyini deyib. Belə ki, o, həmin əraziyə həftədə iki dəfə gedərək, itlərə yem verdiyini bildirib. Heyvansevərlər cəmiyyətinin üzvü olduğunu, fevralın 10-da həmin yerə gedərkən bir nəfərin onu mobil telefonla videoya çəkdiyini görüb. Bu zaman Fariz adlı şəxsdən onu niyə videoya çəkdiyini soruşub. O isə əsəbi halda "vur məni" deyərək Nurlanı ona qarşı fiziki güc tətbiq etməyə təhrik edib.

Məhkəmənin qərarı ilə Nurlan barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...