Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür

Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür
Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi Qazıyev Arif Tofiq oğlu ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Ədliyyə Nazirliyi Qazıyev Arif Tofiq oğlu ilə bir mənbədən satınalma metodu əsasında Gəncə şəhər qeydiyyat şöbəsi üçün icarə müqaviləsi bağlayıb.

İcarə müqaviləsi 15 aprel 2024 – 31 dekabr 2024-cü il tarixlərində qüvvədə olacaq. Qazıyev Arif Tofiq oğlu icarə haqqı olaraq Ədliyyə Nazirliyindən 1 400 manat alacaq.

Məlumat üçün qeyd edək ki, Arif Qazıyev Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetinin “Biologiya” kafedrasının müdiridir. O, həmçinin 2017-ci ildən Dövlət Aqrar Universitetinin professorudur.

Onu da qeyd edək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.

Xatırladaq ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
204 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...