Məcnun Məmmədov "Aqroservis"in rəhbərini işdən çıxardı

Məcnun Məmmədov "Aqroservis"in rəhbərini işdən çıxardı

"Aqroservis" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov vəzifəsindən azad edilib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, E.Rəhmanov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmri ilə işdən azad olunub.

Belə ki, E.Rəhmanova avqustun 5-dən etibarən işdən çıxmaqla bağlı ərizə yazdırıldığı deyilir.

Artıq "Aqroservis"in rəsmi saytından da "Rəhbərlik" bölməsindən Elmin Rəhmanovun adı çıxarılıb.

Müşahidələr göstərir ki, Məcnun Məmmədov keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun kadrlarını bir-bir vəzifələrindən uzaqlaşdırır.

Belə ki, bundan əvvəl, aprel ayında Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanov, iyun ayında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, iyul ayında "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev vəzifələrindən azad edilib. Bununla yanaşı, Dövlət Toxum Fondunda da kütləvi ixtisarlar aparılıb.

Xatırladaq ki, Ramil Salmanov və Aqil Quliyev 2018-ci ildən, Firdovsi Fikrətzadə və Elmin Rəhmanov 2019-cu ildən sabiq nazir İnam Kərimovun əmri ilə bu vəzifəyə təyin edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...