“Donuz qripi” təhlükəsi ilə əlaqədar 323 məktəb, 240 uşaq bağçası dezinfeksiya olunub

“Donuz qripi” təhlükəsi ilə əlaqədar 323 məktəb, 240 uşaq bağçası dezinfeksiya olunub


“İndiyə kimi “donuz qripi” təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib. O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb. Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...