Blinken və Lemmi bu gün Kiyevə gələcək

Blinken və Lemmi bu gün Kiyevə gələcək

ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi çərşənbə günü, sentyabrın 11-də Kiyevə səfər edəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.

Blinken və Lemmi Ukrayna prezidenti Volodimir Zelenski və yüksək vəzifəli Ukrayna hökumət rəsmiləri ilə görüşəcək.

Onlar Rusiyaya qarşı müharibədə Ukraynaya davamlı dəstəyi və uzunmüddətli perspektivdə ölkənin hərbi, iqtisadi və demokratik inkişafının necə təmin olunacağını müzakirə edəcəklər.

Sentyabrın 12-də Blinken Polşaya gedəcək və burada Polşa rəsmiləri ilə görüşəcək, o cümlədən müdafiə və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Varşava və Vaşinqtonun NATO üzvü olan ölkələrə hərbi dəstək üzərində necə birgə işləyə biləcəyi də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcək.

"Axios"un jurnalisti Culiqreys Brufke bildirib ki, Kiyevə səfəri zamanı Blinken Rusiya ərazisini ATACMS uzaqmənzilli raketlərlə vurmağa icazəni elan edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...