Bütün məscidlərdə yanğın qurbanlarının xatirəsinə dualar oxunur

Bütün məscidlərdə yanğın qurbanlarının xatirəsinə dualar oxunur

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişmiş həmvətənlərimizə Allahdan rəhmət diləyir, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

QMİ-dən salamnews-a verilən xəbərə görə, başsağlığında bildirilir ki, bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbr, yaralılılara Uca Yaradandan şəfqət arzulayırıq. Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.

Uca Allah xalqımızı və dövlətimizi hər cür bəla və fəlakətlərdən hifz etsin! Amin!


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...