Zelenski: Ukrayna Ordusu Kurskda aktiv müdafiə əməliyyatlarını davam etdirir
Ukrayna Ordusu Rusiya Federasiyasının Kursk və Belqorod vilayətlərində aktiv müdafiə əməliyyatlarını davam etdirir.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətlə bağlı məruzə etdiyini bildirib. Xüsusilə, bir çox sahələrdə vəziyyət çətin olaraq qalır.
Onun məlumatına görə, günortaya qədər cəbhədə Ukrayna mövqelərinə 70-ə yaxın hücum olub.
"Döyüşlərin əksəriyyəti Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərində gedir. Ordumuz Kursk və Belqorod vilayətlərinin müəyyən ərazilərində aktiv müdafiə hərəkətlərini davam etdirir", - Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, cəbhədəki vəziyyət və Rusiya Ordusunun real fəaliyyəti sübut edir ki, dünya tərəfindən Rusiyaya müharibəni dayandırmaq üçün mövcud təzyiqlər yetərli deyil: "Tezliklə 50 gün olacaq ki, Rusiya Federasiyası ABŞ-nin tam və qeyd-şərtsiz atəşkəs təklifinə məhəl qoymur. Ukrayna martın 11-də bu təklifi qəbul etdi.
Həqiqi diplomatiya üçün daha çox imkanlar vermək məqsədilə Rusiyaya daha çox hiss olunan təzyiq lazımdır. Dünyada Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm”.
37 dəfə oxundu