Mədət Quliyev rəisi işdən çıxartdı - DTX-də yeni təyinat

Mədət Quliyev rəisi işdən çıxartdı -


Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasının rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib. GUNDEMİNFO.AZ lent.az-a istinadən xəbər verir ki, təcridxanaya artıq yeni rəis təyin edilib.

Məlumata əsasən, Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb. F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib. Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı. Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nın rəisi təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...