Hava pisləşəcək, güclü külək əsəcək, qar yağacaq

Hava pisləşəcək, güclü külək əsəcək,


Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Temperatur 4-7 dərəcə enəcək. Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə enəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...