Abid Şərifov yanan binaya baş çəkib

Abid Şərifov yanan binaya baş çəkib

Baş nazirin müavini, Bakıda çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, A. Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi göstərişlər verib. Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyası binanın bərpa olunması barədə qərar qəbul edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...