Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı

Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb

Bu barədə aznews.az-a ADR-in sədr müavini Ellada Məmmədli deyib.

Onun sözlərinə görə, Hərəkatın qeydiyyata alınmamasına səbəb kimi sənədlərdə texniki qüsurların olduğu göstərilib.
E.Məmmədli bildirib ki, ADR-in qeydiyyata alınması üçün iyun ayında yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq: “Bununla bağlı müzakirələrimiz olub”. Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə əlaqədar Ədliyyə Nazirliyinə mart ayında müraciət etmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...