Bu düyülərdən almayın - Bayramqabağı xəbərdarlıq

Bu düyülərdən almayın -


“Marketlərdə satışda olan qırmızı və yaxud da sarı rəngdə olan düyülərdən uzaq olmaq lazımdır”.

GUNDEMINFO.AZ xəbər verir ki, bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, sözügedən rəngdə olan düyülərin geni dəyişdirilib: “O biri növ düyülər plasmasdan deyil, sadəcə qatışıqlardan hazırlanır. Məsələn, süni kürü kimi. Düyü ilə heç bir əlaqəsi olmayan kraxmal və digər komponentləri birləşdirib düyü hazırlayırlar. Səbəb isə bu qarışıqdan olan düyülərin daha çox şişmə xüsusiyyətinə malik olmasıdır”.

E.Hüseynov həqiqi və yalançı düyüləri fərqləndirməyin yollarını da göstərib:

“Bişirməmişdən öncə o düyünü suya qoymaq lazımdır. Bir gündən sonra görəndə ki, düyü çox şişib ondan uzaq olun. Həmin düyü süni düyü hesab olunur”.

E.Hüseynov deyir ki, geni dəyişdirilmiş düyülər insan orqanizmi üçün həddən çox təhlükəlidir. Ekspert əhaliyə çağırış edib: “Astara düyüsü alın. Bu düyü yerli və təhlükəsizdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...