Milli Məclisin yaz sessiyasının son iclası başladı

Milli Məclisin yaz sessiyasının son iclası başladı

Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclas başlayıb.

APA-nın məlumatına görə, iclas Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında ölənlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sədr Oqtay Əsədov deyib ki, dövlət başçısının verdiyi tapşırıqlardan sonra belə halların bir daha baş verməyəcəyinə əmindir. "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə olunacağı iclasın gündəliyinə ümumilikdə 18 məsələ daxildir.

Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişikliklər edəcək, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair" Birgə Bəyanatı, "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannaməni, "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında" Sazişi, "Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol"u təsdiq edəcək, "Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Pasportlar haqqında", Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında, Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında, "Mühasibat uçotu haqqında", Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...