Bu il Azərbaycanda hərbi parad keçirilməyəcək

Bu il Azərbaycanda hərbi parad keçirilməyəcək

Bu il Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyəcək. Bu barədə "Report"a Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib. Mətbuat xidmətinin rəisi bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb. Həmin gün ordunun irimiqyaslı təlimlərinin keçirilib-keçirilməyəcəyinə gəlincə isə V.Dərgahlı qeyd edib ki, hələlik bununla bağlı qərar yoxdur: "Əgər təlimlər olsa, bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, Azərbaycanda sonuncu hərbi parad 2013-cü ildə keçirilib. Silahlı Qüvvələrin 95 illiyinə həsr olunan parad zamanı ilk dəfə təqdim olunan Mİ-17 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişinə havadan dəstək verib. Mİ-24 vertolyot qrupları da bucaq-uçuş tapşırığını yerinə yetirərək parada qoşulublar. Sonra Mİ-17 və KA-32 vertolyot qrupları Hərbi Hava Qüvvələrinin nümayişini romb düzülüşlü uçuş tapşırığı ilə davam etdiriblər.

Paradda yeni istehsal olunan və ilk dəfə təqdim edilən Mİ-35M döyüş-hücum vertolyotları, MİQ-29 və SU-25 döyüş təyyarələri Bakı səmasında nümunəvi uçuş həyata keçiriblər. Bu paradda bütün qoşun növlərinin, birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərədək şəxsi heyəti, 300-ə yaxın hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarə və vertolyotu, 40-a qədər gəmi iştirak edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...