Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatdı

Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatdı


90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin sayı 7-ə çatıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, qeydə alınan namizədlərin 2-si siyasi partiyaların nümayəndəsi, 5-i isə bitərəf namizəddir.

Qeyd edək ki, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...