“Çin çay mərasimi” BDU tələbəsinə birincilik qazandırdı

“Çin çay mərasimi” BDU tələbəsinə birincilik qazandırdı

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Katana Qafarova 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin ilk dəfə Azərbaycan üzrə keçirilən mərhələsinin yekun turunda birinci yerə layiq görülüb.

BDU-nun mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən Katana Qafarova “Çin çay mərasimi” mövzusunda çıxışı ilə yuxarı kurslar üzrə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, qalib iyul ayında Çinə 10 günlük səfər edəcək və müsabiqənin yarımfinalında iştirak edəcək. Müsabiqənin bu mərhələsinə dünyanın təxminən 100 ölkəsindən 1000-ə qədər iddiaçı tələbə qatılacaq. Pekində Katana Qafarovanı müsabiqənin yarımfinal mərhələsinə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən olan müəllimi hazırlayacaq. Katana Qafarov yarımfinalda uğurla çıxış etsə, o daha bir ay müddətinə Çində qalacaq və ölkəmizi müsabiqənin finalında təmsil edəcək.
Müsabiqə qalibini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onu təbrik edib və uğurlar arzulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...