Bakıda avtobusların yolu yenidən dəyişdirilir

Bakıda avtobusların yolu yenidən dəyişdirilir

Bu gün Bakıda bəzi sərnişin avtobuslarının hərkət istiqamətində dəyişiklik edilib.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, bu dəyişiklik müvəqqətidir. “Bu gün paytaxtda keçiriləcək I Avropa Oyunlarının baş məşqi keçirilir. Bu səbəbdən yollarda avtomobil sıxlığının qarşısını almaq üçün sərnişin avtobusları bəzi ərazilərə buraxılmır. Ona görə də, bir neçə sərnişin avtobusunun hərəkət istiqaməti dəyişdirilib”, - deyə Namiq Həsənov bildirib.


Nazirlik rəsmisinin sözlərinə görə, bu dəyişiklik iyunun 12-də də baş verəcək. Bundan əlavə, oyun zamanı da, bəzi avtobus xətlərinin hərəkət istiqaməti uzadıla, yaxud qısaldıla bilər.

Qeyd edək ki, ötən gündən etibarən Bakıda 5, 6, 13, 18 saylı avtobus xətlərinin hərəkət istiqaməti dəyişdirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...