Təhsil Nazirliyi də NAZ alanların sırasına qoşuldu

Təhsil Nazirliyi də NAZ alanların sırasına qoşuldu


Naxçıvan Avtomobil Zavodunun (NAZ) Çinə sifariş verdiyi avtomonillər artıq Azərbaycandadır. Bu haqda Modern.az saytına NAZ-ın icraçı direktoru Musa Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq ölkəyə 130 ədəd avtomobil gətirilib:“Bunlar “320” modelinə aid avtomobillərdir. Artıq avtomobillər sifarişçilərə çatdırılır”.
M.Abdullayevin sözlərinə görə, bu dəfəki sifarişçilərin arasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, qeyri-hökumət təşkilatları var.
Qeyd edək ki, buna qədər "Gəncə Avtomobil Zavodu”, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding"də NAZ alanlar sırasına qoşulub.

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar “NAZ-lifan” 720, “NAZ-lifan” 820 (Premium modellər), “NAZ-lifan” 620, “NAZ-lifan” 630 (sedan modellər), “NAZ-lifan” X50 və X60 (SUV), “NAZ-lifan” 320 və 330 (mini) modelləridir.
“NAZ-lifan” 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-lifan” 820 modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...