Ermənilər Tərtər istiqamətində də yanğınlar törədiblər

Ermənilər Tərtər istiqamətində də yanğınlar törədiblər

Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində ötən gecə yenidən yanğınlar törədiblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, keçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub. Alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın gecə yarısınadək davam edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...