Avropa Oyunlarının rinqində iki erməni qarşılaşdı

Avropa Oyunlarının rinqində iki erməni qarşılaşdı

Bakıda keçirilən Avropa Oyunlarında boks üzrə yarışlar davam edir. Oxu.az xəbər verir ki, bu gün 49 kq çəki kateqoriyasında rinqdə iki erməni boksçusu – İsrailin təmsilçisi David Alaverdyan və Ermənistan yığmasının idmançısı Artem Aleksanyan qarşılaşıb. Hər üç hakim dörddə bir finala çıxan Alaverdyana üstünlük verib. Azərbaycanı bu çəki kateqoriyasında Salman Əlizadə təmsil edir. O, Alaverdyanla yalnız finalda görüşə bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...