"Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər" - Prezident

"Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər" -


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mövcuddur, region muxtar respublika ola bilər”. AzVision.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinə müsahibəsində deyib.

“Səmərəli güzəşt mövcuddur. Güzəştlər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünü idarəetmənin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağ Muxtar Vilayəti kənarında torpaqların azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı əlaqələrin bərpasından ibarətdir. Bax, biz münaqişənin nizamlamasını belə görürük”, - deyə Azərbaycan prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq: “Biz heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmayacağıq. Əgər biz razılaşsaq, region muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı anlayır, sadəcə erməni ictimaiyyətinin fikri ilə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, bununla da Azərbaycanı sanki erməni əhalini məhv etmək, onu qovmaq istəməsi kimi təqdim edirlər. Bu, belə deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...