Ronaldinyonu Bakıya "Qəbələ" gətirib

Ronaldinyonu Bakıya "Qəbələ" gətirib


Məşhur futbolçu Ronaldinyonun Bakıya səfərinin səbəbi müəyyənləşib. Qol.az-ın məlumatına görə, braziliyalı hücumçu “Qəbələ” klubunun dəvətilə Azərbaycana gəlib.

Ronaldinyonun bu gün saat 15:30-da Bakı Olimpiya Stadionunun konfrans zalında mətbuat konfransı keçiriləcək. Onun səfərinin məqsədi haqqında suallara klub rəsmiləri münasibət bildirəcək.

Qeyri-rəsmi xəbərlərə görə, səfərdə məqsəd "Qəbələ" klubu ilə əməkdaşlıqdır. Bundan başqa, tərəflərin yeni yaradılacaq futbol akademiyası ilə bağlı da müzakirə apardığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...